• Ana səhifə
  • Xəbərlər
  • Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Türkiyə institutları arasında əməkdaşlığın perspektivləri müza...
Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Türkiyə institutları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) əməkdaşları Türkiyədə səfərdə olublar. Səfər çərçivəsində Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun (Doğu Akdeniz Tarımsal Araşdırmalar İnstitutu) Biotexnologiya, Toxuma kulturası laboratoriyalarına, Süni iqlim otaqlarına və əkin sahələrinə baxış keçiriblər. Tərəflər arasında quraqlığa davamlı buğda sortları, alternativ yem bitkiləri, qarşılıqlı kadr və laboratoriya personallarının təcrübə mübadiləsi, elmi işlərin aparılması və s. mövzular üzrə müzakirələr aparılıb.

Daha sonra ƏETİ-nin nümayəndələri Alata Bağçılıq Elmi-Tədqiqat İnstitutunun (Alata Bahçe Kültürləri Araşdırma İnstitutu) fəaliyyəti ilə tanış olub, müxtəlif istixana modellərinə, laboratoriyalara baxış keçiriblər. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq prespektivləri müzakirə olunub.

Qeyd edək ki, Alata Bağçılıq Elmi-Tədqiqat İnstitutu torpaq, bitki, gübrə və suvarma suyu analizləri üzrə laboratoriya fəaliyyətlərinin effektliyi ilə seçilir.