Fermerlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, tabeli qurumların rəhbərləri, Fermerlər Şurasının üzvləri iştirak ediblər.
Fermerlər Şurası Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərir. Şuranın tərkibinin üçdəbir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir. Hazırda Fermerlər Şurasında ölkənin 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər təmsil olunurlar.
İclası giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Aqrar sahənin inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Həyata keçirilən tədbirlər və fermerlərin zəhməti nəticəsində ötən il Azərbaycanda aqrar sahədə 3,4 faiz artım qeydə alınıb. Nazir kənd təsərrüfatı fəaliyyətinin təşkilində tətbiq olunan yeniliklərə toxunub, aqrar sektorda artım tempinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Fermerlər Şurasının üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, baramaçılıq, toxumçuluq, intensiv bağçılıq və heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin dincə qoyulması, aqrokimyəvi analizinin aparılması, mineral gübrə, dərman və pestisidlərdən düzgün istifadə, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması və digər mövzular müzakirə olunub.
Toplantıda bölgələrdə fermerlər arasında maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, mineral gübrələr, toxum və texnika ilə təminat, subsidiyaların verilməsi, güzəştli kreditlərin verilməsi, aqrar sığortanın tətbiqi, suvarma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Fermerlər Şurası üzvlərinin təklifləri qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Azərbaycan Aqroturizm Assosiasiyası yaradılıb
02 Iyun 2023
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
02 Iyun 2023
“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşləri uğurla yekunlaşdırıb
01 Iyun 2023
Aqrar Sığorta Fondu: Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək
01 Iyun 2023
3-4 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək
01 Iyun 2023