Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Zirə Mədəniyyət Mərkəzi – EKO Parkın ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı və tabeli qurumlarının əməkdaşları, həmçinin Aqrar İnkişaf Könüllüləri iştirak edib.

Ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ətraf mühitin qorunmasına daim xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək məqsədi daşıyıb.  

Aksiya çərçivəsində ərazidə zeytun ağacları əkilib və suvarma işləri aparılıb.