Kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sahədə keçirilmiş müsabiqə və yarışmaların qalibi olan startapçılarla görüşüb. Görüşdə çıxış edən nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. İnnovasiyaların tətbiqi Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin üç ana prinsipindən biridir. Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi və aqrar idarəetmənin təkmilləşdirilməsi məqsədilə kənd təsərrüfatında innovasiyaların təşviq və tətbiqi, aqrar startapların inkişafı, innovasiyalardan və rəqəmsal texnologiyalardan geniş istifadə olunması üçün dəstək tədbirləri davam etdiriləcək.
Görüşdə iştirak edən “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı, “Agro X”, “Greenovation”, “Ideathon on Agrinnovation”, “Baku Food Hackathon” müsabiqəsinin iştirakçıları öz layihələri və yaratdıqları yeni məhsul və həllərin prototipləri barədə ətraflı məlumat veriblər. Tədbirdə fındıq məhsulunu toplayan qurğu, arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, yerli bal istehsalçıları arasında birbaşa əlaqələrin qurulması üzrə platforma, suvarmanın süni intellektlə idarəolunması avadanlığı, ağıllı istixana idarəetmə sistemi, sitrus meyvələrinin emalı üçün biotexnoloji laboratoriya, balıq yetişdirmə və hidroponik əkinçiliyin sintezinə əsaslanan sistem barədə təqdimatlar keçirilib, məhsulların prototipləri əyani nümayiş olunub.
Startap layihələrinin müəllifləri bölgələrdə keçirilən innovasiya festivallarında iştirak etdiklərini bildirib, fermerlərlə birbaşa əlaqələrin qurulmasında göstərilən dəstəyə görə Aqrar İnnovasiya Mərkəzinə təşəkkür ediblər.
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Qax və Oğuzda fermer təsərrüfatlarına dəstək göstərilib
24 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib
22 Aprel 2024
Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
22 Aprel 2024
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
22 Aprel 2024