Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda estoniyalı mütəxəssislərlə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
İnstitutun direktoru İlham Qaraqurbanlı “Systemseparation MMC” şirkətinin rəhbəri İndrek Vaasma ilə görüşdə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun fəaliyyəti, icra olunan yeni layihələr, laboratoriya və istixananın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Qonağın diqqətinə çatdırılıb ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Yeni biotexnologiya laboratoriyasının qarşısında duran əsas məqsəd illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.
Estoniyalı mütəxəssislərə Azərbaycanda ilk dəfə müasir texnologiyaların tətbiq olunduğu “Ağıllı bağ” haqqında da məlumat verilib. Bildirilib ki, ilk dəfə icra olunan bu layihədə 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edir, aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunur.
Görüşdə fenoloji aktiv maddələrin tətbiqinin nəticələri də müzakirə edilib.
Bu il azad olunmuş ərazilərdəki yaylaqlara 940 qoyunçuluq, 1101 arıçılıq təsərrüfatı köçürülüb
07 Iyul 2022
Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə APEPEA arasında əməkdaşlıq memorandumu imzalanıb
06 Iyul 2022
Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər İsraildə təcrübə keçəcək
06 Iyul 2022
Taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb, sahələrdən 2163875 ton məhsul yığılıb
06 Iyul 2022
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 7-ci görüşü keçirilib
06 Iyul 2022