“Modern ferma modeli” mövzusunda seminar keçirilib

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Modern ferma modeli” mövzusunda seminar keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Rusiya Federasiyasından dəvət olunmuş mütəxəssislər - “DeLaval” şirkəti və

“4S” MMC-nin nümayəndələri, baytar həkimləri, zootexniklər, fermerlər və sahibkarlar iştirak ediblər.

Seminarda sağım prosesi və protokolları, sağım üsulları və avadanlıqları, innovativ texnologiyaların bu seqmentə tətbiq edilməsi və onun qazandırdığı üstünlüklər, qeyri-düzgün sağım prosedurunun meydana gətirdiyi çətinliklər və onların həlli yolları mövzularında təqdimatlar edilib.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müasir ferma modelləri barədə seminar iştirakçılarına ətraflı məlumat verilib, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirin sonunda seminar iştirakçıları sertifikatla təltif ediliblər.