Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən Cəlilabad rayonu ərazisində olan yaşıllıqlarda tut çanaqlı yastıcasına qarşı fitosanitar müşahidə və mübarizə tədbirlərinə başlanılıb.
Belə ki, Cəlilabad rayonu ərazisində 230 hektar ərazidə zərərvericiyə qarşı fitosanitar müşahidə aparılıb, 230 hektar sahədə sirayətlənmə qeydə alınıb və 160 hektar ərazidə kimyəvi mübarizə üsulu tətbiq edilib.
Respublika üzrə tut çanaqlı yastıcasına qarşı ümumilikdə 486,81 hektar ərazidə müşahidə aparılıb, 383,8 hektar sahədə sirayətlənmə müəyyən edilib, 258,8 hektar ərazidə isə mübarizə tədbirləri həyata keçirilib.
Qeyd edək ki, yastıcanın bir dişi fərdi yaşadığı müddətdə 100-dən 180-ə qədər yumurta qoya bilir. Yumurtası oval formada ağ, sarımtıl, ya da narıncı rəngdə olur və dişi fərdin bədəninin altında yerləşir.
Yumurtadan çıxan birinci yaş dövründə olan sürfələr yaxşı inkişaf etmiş 3 cüt ayağa malik olurlar. Onlar çanaqların altından çıxaraq bitkinin gövdəsini, budaqlarını, zoğlarını, yarpaqlarını və meyvələrini zədələyirlər. Bir müddət keçdikdən sonra üzərlərində çanaq əmələ gəlir. Bu zaman sürfələr hərəkətsiz olur və ikinci yaş dövrünə keçirlər. İkinci yaş dövründə sürfələr dişi fərdlərə və erkək nimfalara bölünürlər. Erkək nimfanın çanağı uzunsov ağ rəngdədir, üstündə iki şırımı olur, sürfənin qabığı onun baş tərəfində yerləşir. Dişi fərdlər, əsasən cavan zoğlarda, erkək nimfalar isə topa şəklində ağacın iri budaqlarında və gövdəsində yığılırlar. 15-20 gündən sonra ikinci yaş dövrünün sürfələri yetkin dişi və erkək fərdlərə çevrilirlər.
Yastıca qısa müddətdə ağaclar üzərində külli miqdarda toplaşaraq koloniyalar əmələ gətirir. Zədələnmə nəticəsində ağacların budaqları və zoğları quruyur, yarpaqları tökülür, meyvənin keyfiyyəti aşağı düşür. Bəzi hallarda zərərverici ilə zədələnmiş cavan ağaclar tamamilə quruyur. Mayalanmış yetkin dişi fərdlər qışlamaya gedir. Aprel ayının II-III dekadasında dişi fərdlər yumurta qoyur, may ayından yumurtadan sürfələr çıxır. Azərbaycanda zərərverici 2-3 nəsil verir. Tut qalxanlı yastıcasına qarşı Acetamiprid tərkibli pestisidindən istifadə tövsiyyə olunur.
Bildiririk ki, bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verilməli, aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.
Bölgələrdə tut qalxanlı yastıcasına qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Bu il azad olunmuş ərazilərdəki yaylaqlara 940 qoyunçuluq, 1101 arıçılıq təsərrüfatı köçürülüb
07 Iyul 2022
Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə APEPEA arasında əməkdaşlıq memorandumu imzalanıb
06 Iyul 2022
Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər İsraildə təcrübə keçəcək
06 Iyul 2022
Taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb, sahələrdən 2163875 ton məhsul yığılıb
06 Iyul 2022
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 7-ci görüşü keçirilib
06 Iyul 2022