2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev mayın 14-də, saat 10:00-da Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-613-09-21) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edəcək
20 May 2024
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Qazaxda vətəndaşları qəbul edəcək
18 May 2024
“Caspian Agro 2024 ”sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib
17 May 2024
"GreenAgroHack" startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
17 May 2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
17 May 2024