Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aprelin 23-də, saat 10.00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-887-77-65) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran və Astarada fermer təsərrüfatlarına dəstək göstərilib
01 May 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Qobustanda vətəndaşları qəbul edəcək
01 May 2024
Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb
30 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin mayda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
30 Aprel 2024
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Beyləqanda vətəndaşları qəbul edəcək
29 Aprel 2024