Azəbaycanda genişlənməkdə olan aqrar sığorta sisteminin ehtiyaclarını qarşılamaq üçün yeni aqrar sığorta ekspertlərinin hazırlanması davam edir.
Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması üçün növbəti təlimlər keçirilib.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemində aqrar sığorta ekspertləri mühüm yer tutur. Ekspertlər sığortalanan təsərrüfatlara baxış keçirir, eləcə də sığorta hadisəsi baş verdikdə səbəbini araşdırır və zərəri hesablayırlar.
Təsərrüfatlarının sığortalanması və zərərin ödənilməsi ilə bağlı qərarlar müstəqil aqrar sığorta ekspertlərinin rəyi ilə qəbul edilir.
Son illər Azərbaycanda aqrar sığortaya marağın böyüməsi – sığortalanan təsərrüfatların sayının kəskin artması, eləcə də iqlim dəyişiklikləri nəticəsində sığorta hadisələrinin çoxalması ilə aqrar sığorta ekspertlərinə tələbat da yüksəlib.
Bu ehtiyacların qarşılanması məqsədilə 15-23 aprel tarixlərində Aqrar Sığorta Fondunda bitkiçilik və heyvandarlıq mütəxəssisləri üçün aqrar sığorta təlimləri keçilib.
Yerli və Türkiyəli ekspertlərin iştirakı ilə keçirilən təlimlərə 60-a yaxın yerli mütəxəssis cəlb edilib. Təlimlər risk qiymətləndirməsi, sığorta hadisəsinin araşdırılması, zərəri müəyyən etmək, Aqrar Sığorta İnformasiya Sistemində iş və rəylərin yazılması kimi məsələləri əhatə edib.
Təlim prosesinin sahədə işi əhatə edən hissəsi ölkənin nümunəvi aqrar təsərrüfatlarından olan «Grand Agro» şirkətinin əkin sahələrində - zeytun bağlarında keçirilib. Burada mütəxəssislər sahəvi koordinatlarla işləmək, məhsuldarlığın və hadisə nəticəsində dəymiş zərərin hesablanması, əkin sahəsinə baxış keçirilməsi kimi mövzularla tanış olublar.
Təlimlərin yekununda iştirakçılar müvafiq ədəbiyyatla təmin ediliblər.
Qeyd edək ki, təlimləri uğurla bitirən mütəxəssislər, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahana qatılacaq. İmtahanda uğurlu nəticə göstərən şəxslərə müstəqil aqrar sığorta eksperti statusu və müvafiq sertifikat veriləcək.
Həmin ekspertlər Azərbaycan Mərkəzi Bankının müvafiq reyestrinə daxil edilərək fəaliyyətə başlayacaqlar.
Aqrar Sığorta Fondunun fəaliyyəti, göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və tariflərlə Fondun internet səhifəsi (asf.gov.az) vasitəsilə tanış olmaq mümkündür.
Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub
06 May 2024
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
03 May 2024
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib
03 May 2024
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
03 May 2024
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
03 May 2024