Yanvarın 17-də Almaniyanın paytaxtı Berlində 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisinin açılışı olub.
Miqyasına görə dünyanın ən iri kənd təsərrüfatı sərgilərindən biri sayılan bu tədbir tanınmış “Messe” zalında keçirilir. Sərgi ilk dəfə 94 il bundan əvvəl, 1926-cı ildə təşkil olunub. Azərbaycan bu sərgidə artıq 12-ci dəfədir təmsil olunur.
Azərbaycan şirkətləri sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iştirak edir.
Sərginin Azərbaycan üçün ayrılmış hissəsi 98 kvadratmetrdir. Burada 11 iştirakçı şirkət tərəfindən ziyarətçilərə 180 növdən artıq məhsul təqdim olunur.
Bu il “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 70 ölkəsindən ümumilikdə 1500 şirkət iştirak edir.
Azərbaycan stendinin açılışında Almaniyada səfərdə olan Kənd Təsərrüfatı naziri İnam Kərimov, səfir Ramin Həsənov iştirak ediblər. Onlar Azərbaycan şirkətlərinin məhsulları ilə tanış olub, bir sıra görüşlər keçiriblər.
“Tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır
20 May 2024
Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib
20 May 2024
Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edəcək
20 May 2024
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Qazaxda vətəndaşları qəbul edəcək
18 May 2024
“Caspian Agro 2024 ”sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib
17 May 2024