Kənd Təsərrüfatı Nazirliyi fermerlərin 2020-2021-ci il payız əkinləri üzrə subsidiyalarının vaxtında verilməsi üçün onların əkin bəyanlarını tez və doğru təqdim etmələri məqsədilə rayonlarda fermerlər arasında maarifləndirmə aparır.
Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əməkdaşları Neftçala rayonunda əkinçi fermerlərlə görüşərək ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdə onların üzərinə böyük məsuliyyət düşdüyünü bildiriblər. Görüşlərdə qeyd edilib ki, fermerlər dövlətin hər zaman onların yanında olduğuna və kənd təsərrüfatı məhsullarının istehsalında onlara dəstək verdiyinə əmin olmalıdır.
Fermerlərə apardıqları əkinlər barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən bəyanın vaxtında və doğru təqdim edilməsinin vacibliyi bildirilib. EKTİS-də qeydiyyatdan keçmək qaydası, qeydiyyatı olanlara əkin bəyanı etmək, bəyan üçün lazım olan addımlar ətraflı izah edilib.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq fermerlərin aqrar subsidiyalar üçün müraciətləri elektron sistem üzərindən qəbul edilir və subsidiya məbləğləri onların “Fermer kartı”na köçürülür.
Payız əkinləri üçün bəyanlar ilin sonunadək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Göyçayda vətəndaşları qəbul edəcək
19 Aprel 2024
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov İmişlidə vətəndaşları qəbul edəcək
19 Aprel 2024
Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib
19 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Aprel 2024