Mayın 15-də 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında “ITE Group” şirkətinin regional direktoru Edvard Stroon bildirib ki, ötən illə müqayisədə builki sərgilərdə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım müşahidə olunur. E.Stroon bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrupun iştirak etdiyini nəzərə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya Təminatı və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov demişdir ki, builki sərgilərdə 34 ölkədən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçılar təşkil edirlər. O, qeyd edib ki, belə mühüm tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi Azərbaycanda aqrar sektorda əlverişli investisiya mühitinin və cəlbedici təşəbbüslərin beynəlxalq işguzar dairələrə çatdırılmasında və dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır. A.Hüseynov bildirib ki, təşkil edilən bu kimi sərgilər öz inkişaf mərhələsində olan kənd təsərrüfatı biznesi sahəsində yerli sahibkarlara yeni təcrübə qazandıracaq, ən son texnika və texnologiyalardan yararlanmaq imkanı verəcək. Nazirliyin təmsilçisi belə sərgilərin biznes əlaqələrinin qurulmasında və ölkəmizin ixrac potensialının artırılmasında öz töhfəsini verəcəyini vurğulayıb.
Təşkilatçılar sərgilər haqqında geniş məlumat verərək media nümayəndələrini 16-18 May tarixlərində Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərinə dəvət ediblər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024