Kənd Təsərrüfatı Nazirliyində yaradılan təlimçi qrupları tərəfindən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə bağlı təlimlərin keçirilməsi davam etdirilir.
Belə ki, ötən həftə ərzində “Heyvan subsidiyası” ilə əlaqədar olaraq Cəlilabad, Neftçala, Masallı, Salyan, Biləsuvar, Hacıqabul, Cəbrayıl, Ağcabədi, İmişli, Füzuli, Beyləqan, Saatlı və Gəncədə ümumilikdə 498 nəfərə təlim keçirilib.
Təlimlərdə süni mayalanma və baytarlıq mütəxəssisləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak edib.
Cari həftə ərzində Respublikamızın 16 müxtəlif rayonunda “Heyvan subsidiyası” ilə bağlı maarifləndirmə işləri davam etməkdədir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024