Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin hazırladığı tədbirlər planına uyğun olaraq, 16-29 mart tarixlərində Azərbaycanın bölgələrində fermerlərə kənd təsərrüfatı fəaliyyətinin müxtəlif sahələrinə dair 80 təlim keçirilib.
Təhsil və təlim şöbəsi 2, Aqrar Tədqiqatlar Mərkəzi 1, Baş Dövlət Texniki Nəzarət Xidməti 25, Aqrar Elm və İnnovasiya Mərkəzi 41, “Aqrolizinq” ASC 2, Azərbaycan Dövlət Aqrar Universiteti 6, Dövlət Baytarlıq Xidməti 3 təlim keçib. Təlimlərə ümumilikdə 1493 iştirakçı cəlb olunub. Təlimlər Bakı şəhərini və 43 rayonu əhatə edib. Tədbirlər planına uyğun olaraq, fermerlərə kənd təsərrüfatının müxtəlif sahələrinə dair mövsümi işlərlə bağlı təqdimatlar keçirilib, informasiya-məsləhət xidməti təşkil olunub.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə il boyu ən müxtəlif sahələr üzrə təlimlər keçirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024