Bağlarda ağacların qış budanması davam edir. Mütəxəssislər deyirlər ki, məhsulun bol olması budanma prosesinin aqrotexniki qaydalara uyğun aparılmasından çox asılıdır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Asif Kərimov bildirib ki, qış budanmasında əsas məqsəd bitkinin daha sağlam və daha məhsuldar qalmasıdır: “Budamada məqsəd ağacları meyvə vermək üçün hazırlamaq, zərərvericilərə qarşı mübarizə tədbirləri zamanı yarana biləcək problemi aradan qaldırmaq, o cümlədən bitkinin inkişafını tənzimləməkdir. Kasa forması verilən budanma növlərində, ilk növbədə, beş əsas budaq saxlanılır, digər budaqlar kəsilir. Ağacın daxilindəki xırda budaqlar təmizlənməlidir. Bu, gələcəkdə dərman preparatının, gün işığının bitkinin daxilinə nüfuz etməsinə zəmin yaradır. Xırda budaqlar təmizləndikdən sonra əsas budaqların yerləşməsinə baxılmalıdır. Əgər budaqlar sıx yerləşibsə, həmin budaqlar kəsilib götürülür. Çünki bu, gələcəkdə meyvənin həcminə və məhsuldarlığına təsir göstərə bilər”.
Asif Kərimov deyir ki, budanmanın vaxtı bitkinin yerləşdiyi ərazidən asılıdır: “İqlimi mülayim olan ölkələrdə budanma əsasən payız mövsümünün sonundan yazın ortalarına kimi davam edir. Bu proses payızda noyabr, yaz mövsümündə isə fevralın axırından aprel ayının əvvəlinədək davam edir. Soyuq iqlimdə bitkilərin şaxtadan zərər almaması məqsədilə budanma erkən yazda aparılır”.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024