ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri, Ayova, Minnesota və Viskonsin ştatları üzrə Risklərin İdarə Edilməsi Agentliyinin rəhbəri Duane Voy Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
Əvvəlcə Duane Voy ADAU-nun rektoru İbrahim Cəfərovla görüşüb. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Aqrar Siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Cəfər Məhərrəmov da iştirak edib.
İbrahim Cəfərov qonağa ADAU haqqında geniş məlumat verib. Rektor bildirib ki, Azərbaycan dövləti aqrar sahəyə və aqrar təhsilə xüsusi diqqət yetirir: “Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hər şərait var. Fermerlər üçün dövlət bütün şəraiti yaradıb. Həmçinin, universitetin yeni tədris korpusu, texniki peşə məktəbi tikilir və molekulyar biologiya laboratoriyası qurulur. Əhalimizin 38 faizi kənd təsərrüfatı ilə məşğul olur. Amma bizim təsərrüfat torpaqlarının və suvarma göllərinin bir qismi işğal altındadır. Təbii ki, bunun özü də bir problemdir. Mən siyasət adamı olmasam da vəntəndaş olaraq bunu deməliyəm. Bizim bir vəzifəmiz var, o da insanları təhlükəsiz qida ilə təmin etməkdir. Biz birgə tədqiqatları genişləndirməli, kənd təsərrüfatının inkişafında ABŞ təcrübəsini öyrənməliyik. Eyni zamanda, böyük kooperativlərin yaranmasında da məsləhətləriniz önəmlidir”.
Azərbaycana ikinci dəfə səfər etdiyini deyən Duane Voy isə öz növbəsində qeyd edib ki, ADAU-da müasir standartlara uyğun şərait yaradılıb: “Mən burada, xüsusilə tədris-təcrübə təsərrüfatı və heyvandarlıq fermasında möhtəşəm yeniliklərin şahidi oldum. Burada aqrar təhsilin inkişafı və bunun üçün yaradılan şərait bizim ölkəmizdə olduğu kimidir. Mənim fəaliyyət istiqamətlərimdən biri kənd təsərrüfatında sığorta məsələsi ilə bağlıdır. Sizdə olan xırda təsərrüfatlar böyüdükcə onlar universitetlə daha sıx əlaqələr quracaqlar. Məsləhət və statistika xidmətləri də sizə çox fayda verə bilər. Mən görürəm ki, bizimlə eyni istiqamətdə inkişaf edirsiniz və əminəm ki, yaxın 5 ildə daha böyük təcrübə əldə edəcəksiniz”.
Daha sonra Duane Voy ADAU-da yaradılan şəraitlə daha yaxından tanış olub, universitetin maddi-texniki bazası, quşçuluq, balıqçılıq təsərrüfatlarına, heyvandarlıq fermasına baxış keçirib.
Qeyd edək ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri Duane Voy Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat korpusunda kənd təsərrüfatında sığorta mövzusunda mühazirə də söyləyib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024