Aqrar Xidmətlər Agentliyi Abşeron rayonu ərazisində karantin zərərvericilərlə sirayətlənmə səviyyəsini müəyyənləşdirmək məqsədilə 2100 hektardan artıq ərazidə müşahidə aparıb. Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssislərinin müşahidələri zamanı Novxanı, Corat, Goradil, Fatmayi bağlarını əhatə edən 120 hektar ərazidə yastıcalar aşkarlanıb. Sirayətlənmiş (yoluxmuş) ərazilərdəki yastıcalar kimyəvi mübarizə üsulları ilə məhv edilib.
Bağlarda yastıcaların "Tut qalxanlı", "Avstraliya şırımlı", "Komstok", "Yaponiya yalançı qalxanlı mumlu" növlərinə rastlanıb. Yastıcalara qarşı "Thialam EC", "Hekvidor 350 SC " preparatlarından istifadə edilib.
Qeyd edək ki, karantin zərərvericilərin müşahidəsi davam edir. Aqrar Xidmətlə Agentliyi vətəndaşlardan xahiş edir ki, bağlarında, yolkənarı yaşıllıq zolaqlarında yastıcalar müşahidə edərlərsə, yerli bitki mühafizəsi mərkəzlərinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 qaynar xəttinə məlumat versinlər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024