Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında ağacəkmə kampaniyası keçirilib.
Əvvəldən müəyyən olunmuş, ağacların əkiləcəyi ərazilərdə şum aparılıb, çalalar qazılıb və sahələr əkinə hazırlanıb.
Bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulan Nazirlik nümayəndələri Pirşağı qəsəbəsində Çin Xalq Respublikasından gətirilmiş tut tingləri əkiblər.
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024