Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində, o cumlədən, Corat, Binəqədi bağ massivləri, meşə zolaqları, dövlət fond və bələdiyyə torpaqlarında karantin zərərvericisi olan Amerika ağ kəpənəyinin birinci və ikinci nəsillərinə qarşi mübarizə aparmaq məqsədilə 2720 hektar ərazidə müşahidələr aparılıb. Müşahidələrin nəticələrinə əsasən 221 hektar ərazidə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş ərazilərin 80 hektarında ''XİTİNAZON 48 SC'' preparatını tətbiq etməklə (hektara 100 qr norma hesabı ilə) kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Təsərrüfat sahibləri tərəfindən 34 ha ərazidə isə mexaniki mübarizə tətbiq etməklə müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları budanmaqla sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və digər yerlərdə zərərverici aşkar edildiyi halda təcili olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır. Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə - diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. mübarizə aparılmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə yüksək səmərə əldə etmək olar.
Hazırda Amerika ağ kəpənəyinin ikinci nəslinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024