Respublikada insanların və müxtəlif heyvanların yoluxucu xəstəliyi olan bruselyoza qarışı profilaktik tədbirlər davam etdirilir.
Hazırda Ağdaş rayonunda iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır. Peyvəndləmə Türkiyə istehsalı olan “Brudoll-A” vaksini ilə 3-8 aylıq dişi (damazlıq) heyvanlara göz-damcı üsulu ilə sağ qulağa nişan vurmaqla həyata keçirilir.
İndiyə kimi rayon ərazisində bruselyoz xəstəliyinə qarşı 8102 baş iribuynuzlu, 18685 baş xırdabuynuzlu heyvanda peyvənd işi aparılıb. Epizootik plana uyğun olaraq peyvəndləmə tədbiri davam etdirilir.
Eyni zamanda bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə 18486 baş iribuynuzlu heyvandan, 2193 baş qoçdan qan nümunələri götürülərək seroloji müayinə olunub.
2018-ci ilin yanvar-iyul ayları ərzində respublika üzrə bruselyoz xəstəliyinə qarşı 1462309 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 329461 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513040 baş iribuynuzlu, 150652 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.
Qeyd edək ki, heyvanlar arasında bruselyozun ləğv edilməsi insanlarda bu xəstəliyin qarşısının alınmasının ən yaxşı yoludur. Azərbaycanda bu xəstəliyin ləğvi istiqamətində lazımi addımlar atılmaqla, təşkilat-təsərrüfat tədbirləri davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024