Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsinin bir qrup professor və müəllim heyəti Ağcabədi rayonunda fermerlər üçün növbəti təlim keçirib.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən təlimin məqsədi fermerlərin bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.
Təlimdə “Pambıqçılığın mövcud problemləri və həlli yolları” mövzusunda təqdimat keçirilib. Təsərrüfat sahiblərinə bu sahədə rast gəlinən çətinliklər və onların həll yolları barədə ətraflı məlumat verilib. Həmçinin, torpağın gübrələnməsinin əhəmiyyəti və bol məhsul əldə etmək üçün mineral gübrələrdən istifadənin zəruruliyi fermerlərin diqqətinə çatdırılıb. Bundan başqa, fermerlərə toxumun etibarlı yerdən alınması və onun keyfiyyətinə əmin olduqdan sonra səpinin aparılması tövsiyə olunub.
Təlimdə pambıq və taxıl bitkiləri əkilən sahələrdə rast gəlinən alaqlar və onlarla mübarizə tədbirlərinə də toxunulub. Torpağın becərilməsi, səpin müddəti, səpin üsulları, səpin dərinliyi haqqında təsərrüfat sahiblərinə məlumat verilib. O cümlədən, təlimdə dənli taxıl bitkilərinin və pambığın xəstəlik və zərərvericiləri, onlara qarşı aparılan inteqrir mübarizə üsulları, pestisid seçimi və tətbiqi ilə bağlı məsələlərdən də bəhs olunub.
İştirakçılar növbəti təlimin əkin sahələrində təşkil edilməsini təklif ediblər. Təlim qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, fermerləri maraqlandıran suallar cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024