Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının növbəti iclası keçirilib.
Universitetin Tədris-təcrübə təsərrüfatında pandemiyanın tələblərinə əməl olunmaqla açıq havada keçirilən iclasda 2020/2021-ci tədris ilinin nəticələri, cari ildə doktoranturaya qəbul olmuş doktorant və dissertantların mövzularının, kafedra və rəhbərlərinin təsdiqi məsələləri müzakirə olunub.
İclasda 2020/2021-ci tədris ilində universitetin magistratura səviyyəsinə I turda tələbə qəbulunun nəticələri, differensial əməkhaqqının tətbiqi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.
ADAU-nun Elmi Şurasının sədri, rektor İbrahim Cəfərov keçirilən sorğu nəticəsində “İlin tələbəsi” adına layiq görülən ADAU-nun İqtisadiyyat fakultəsinin məzunu Dinarə Əliyevanı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanları ilə təltif olunan universitet əməkdaşlarına mükafatlar təqdim olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024