Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin bir qrup professor-müəllim heyəti Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) “Payızlıq əkinlərə qulluq və yazlıq bitkilərinin səpinini optimal müddətdə başa çatdırmaq məqsədi ilə təlim keçiblər.
Təlimdə kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olan 15-dən artıq təsərrüfat sahibi iştirak edib. İştirakçılara təlimin məqsədi barədə məlumat verilib. Universitetin əməkdaşları vaxtaşırı rayonlarda fermerlərlə görüşür, təsərrüfat sahiblərinin əkinçiliklə bağlı problemləri ilə maraqlanır, onların bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirici söhbətlər aparırlar.
Təlimçilər fermerlərə torpağın gübrələnməsinin əhəmiyyətini və bol məhsul əldə etmək üçün mineral gübrələrdən istifadənin zəruruliyi, payızlıq əkinlərə qulluq və yazlıq bitkilərin səpininin optimal müddətdə başa çatdırılması, dənli taxıl bitkilərinin xəstəlik və zərərvericiləri haqqında məlumat verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024