Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsinin bir qrup professor-müəllim heyəti Goranboy rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) təlim keçiblər.
Təlimdə torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov torpaqların analizi və gübrələnməsindən, ümumi əkinçilik, genetika və seleksiya kafedrasının professor əvəzi Nizami Seyidəliyev pambıq bitkisinin səpininə hazırlıq və onların becərilmə texnologiyasından, həmin kafedranın dosenti, ADAU-nun professoru Firrudin Qurbanov taxıl bitkilərinin sortları, onların becərilmə texnologiyası və toxumçuluqdan, kafedranın assistenti Zaur Məmmədov torpağın becərilməsi və növbəli əkinlərinin əhəmiyyətindən, bitkiçilik və bitki mühafizəsi kafedrasının dosenti Aytəkin Məmmədova tarla bitkilərinin xəstəlikləri və zərərvericilərindən ətraflı məlumat veriblər.
40 nəfər fermerin iştirak etdiyi təlim əkin sahələrində davam etdirilib, fermerlərin sualları cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024