Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Eskişehir Teknik Universiteti arasında onlayn keçirilən görüşdə “Mevlana” proqramı və əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumun məqsədi gələcəkdə ikili diplom proqramlarının hazırlanması, təhsil proqramlarının inkişaf etdirilməsi, akademik məlumatların və materialların qarşılıqlı mübadiləsi olub.
İclasda çıxış edən ADAU-nun rektoru, professor İbrahim Cəfərov bildirib ki, iki universitet arasında qarşılıqlı əməkdaşlıq xüsusilə mühəndislik ixtisasında təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ciddi töhfələr verəcək.
Eskişehir Teknik Universitetinin rektoru Tuncay Döğeroğlu qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirib. O əlavə edib ki, əsası 2018-ci ildə qoyulan Eskişehir Teknik Universitetinin hazırda 5 fakültə və 12000-dən çox tələbə, 660-dan çox isə akademik heyəti var.
Görüşdə çıxış edənlər iki universitet arasında əməkdaşlığın perspektivi və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024