Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşları Kürdəmir və Zərdab rayonlarında təlim keçiblər.
"Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması" mövzusunda təlim Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) və tarlada təşkil olunub.
Dənli və dənli-paxlalı bitkilərin becərilməsi ilə məşğul olan fermerlərin qatıldığı təlimdə sözügedən bitkilərə zərər vuran zərərvericilər və onların idarə olunmasından, əkin sahələrində rast gəlinən xəstəliklərdən, bu sahədə fermerlərin görə biləcəyi tədbirlərdən, aqrotexniki qulluq işlərindən, alaq otlarına qarşı mübarizədən, dənin keyfiyyətinin yüksəldilməsi yollarından danışılıb, aqrar sahədə aparılan tədbirlər zamanı riayət edilməsi zəruri sayılan təhlükəsizlik qaydaları barədə də məlumat verilib.
Fermerləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024