Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrində digər ölkələrin ali təhsil müəssisələri ilə yanaşı Ukraynanın aparıcı universitetləri ilə də əməkdaşlığa önəm verilir. Belə təhsil müəssisələrindən biri Sumi Milli Aqrar Universitetidir (SMAU).
2018-ci ilin iyun ayında Almaniyanın Vaynştefan Triezdorf Universitetində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və SMAU-nun rektoru, akademik Vladimir Ladıko arasında imzalanmış əməkdaşlıq müqaviləsinin icrası məqsədilə qeyd olunan universitetə işgüzar səfər təşkil olunub.
Səfər çərçivəsində ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, elm şöbəsinin müdiri Maqsud Vəliyev, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevil Həsənova SMAU-da tədris prosesinin təşkili, hər iki ali təhsil müəssisəsində magistratura səviyyəsində kadr hazırığı MBA (alman) proqramı üzrə tədris planlarının uyğunluğu və onun beynəlxalq akkreditasiyası, müəllim və tələbələrin mübadiləsi, beynəlxalq əlaqələr, elmi jurnallarda məqalələrin nəşri, aqrobiznes şirkətləri ilə əlaqələr, istehsalat təcrübəsinin təşkili, məktəb-kollec-universitet sxemi üzrə təhsil prosesi, universitetin maddi-texniki bazası, tələbələrin asudə vaxtının səmərəli təşkili ilə yaxından tanış olublar.
Nümayəndə heyəti ADAU haqqında təqdimatlar edib, universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsi, tələbə mübadiləsi, ikili diplom layihələrinin icrası və s. mövzularda müzakirələr aparıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024