Azərbaycan Dövlət Aqrar Universitetinin alimlərinin daha bir səfəri Tərtər rayonuna olub. Alimlər rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində "Pambıqçılıqda innovativ texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi"-nə dair seminar-müşavirə keçiriblər.
Professor Ziyad Abbasov, professor Şahlar Babayev, professor Mirnaib Mirsalahov və dosent Siyavuş Vəliyev keçirilən seminar-müşavirədə pambıqçılıqda innovativ texnologiyalar, dəqiq səpinin texniki problemləri və iqtisadi səmərəliliyi, suvarmanın elmi əsaslarla təşkili və kənd təsərrüfatı maşınlarından istifadə zamanı təhlükəsizlik qaydaları barədə rayonun fermerlərinə və DAİM-in əməkdaşlarına maraqlı, innovativ məlumatlar veriblər, onların suallarını cavablandırıblar.
Seminar-müşavirədə DAİM-in direktoru dosent Mehman Babayev ADAU-nun rəhbərliyinə və əməkdaşlarına, həmçinin seminar iştirakçılarına minnətdarlığını bildirib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024