Azərbaycan Dövlət Aqrar Univeristetinin (ADAU) əməkdaşları Rumıniyanın Timişoara Banat Aqrar Elmlər və Baytarlıq Təbabəti Universitetində dünyanın 11 ölkəsindən - Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Misir, Kenya, Monteneqro, Rusiya Federasiyası, Özbəkistan, Tacikistandan olan iştirakçıların qoşulduğu “Yaşıl Beynəlxalq Erasmus+ Yay Həftəsi” adlı beynəlxalq tədbirdə iştirak edib.
Tədbirin məqsədi aqrar sahədə potensialın artırırmaq, işgüzar əlaqələr yaratmaq və inkişaf etdirmək, universitetlərarası təcrübə mübadiləsini genişləndirməkdir.
ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova çıxış edərək Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar Universiteti haqqında geniş məlumat verib, ölkə başçısı cənab İlham Əliyevin Universitetə daim göstərdiyi diqqət və qayğısı nəticəsində formalaşmış zəngin maddi-texniki baza, tələbə evləri, yeni tədris korpusu barəsində tədbir iştirakçılarını məlumatlandırıb.
Qeyd edək ki, 24 iyul tarixindən start götürmüş beynəlxalq tədbir 31 iyulda başa çatacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024