Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) uzun illər baxımsız qalan tədris-təcrübə təsərrüfatında son illər böyük canlanma yaranıb. Sözügedən təsərrüfatda ölkə Prezidentinin xüsusi qayğısı, Kənd Təsərrüfatı nazirinin tapşırıq və tövsiyyələri ilə ən müasir səviyyədə işlər həyata keçirilib. Artıq görülən işlərin daha bir mərhələsi də başa çatıb. Yaşıllaşdırma, asfalt salma, rəngləmə, üzümlükdə cərgələrarası şümlama və başqa işlər vaxtında və keyfiyyətlə icra edilib.
AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun iştirakı ilə bir neçə dəfə tədris-təcrübə təsərrüfatında, açıq havada professor-müəllim, eləcə də ictimai təşkilatların və digər qurumların işçiləri ilə toplantılar keçirilib. Müzakirələr aparılıb, nəzərdə tutulan işlərin icrası üçün təkliflər dinlənilib və birgə qərarlar qəbul edilib. Bu cür toplantılar isə nəticə etibarı ilə görülən işlərin sürətinə və keyfiyyətinə yaxşı mənada təsir göstərib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024