Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin professor-müəllim heyəti Zaqatala rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) “Perspektiv taxıl sortları, onların becərilmə texnologiyası və toxumçuluğu” mövzusu üzrə təlim keçirib.
Təlimdə ADAU haqqında videoçarx təqdim edilib. ADAU əməkdaşları “Perspektiv taxıl sortları, onların becərilmə texnologiyası və toxumçuluğu”, “Dənli taxıl bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, “Dənli taxıl bitkilərinin əsas zərərvericiləri və onlarla mübarizə üsulları” mövzusunda məruzələr ilə çıxışlar ediblər.
Təlimdən sonra DAİM-də ADAU-nun tələbələrindən ibarət Aqrar İnkişaf Könüllüləri birliyi yaradılıb, onların iş planı tərtib edilərək, inkişaf toplantıları keçirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024