Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Aqronomluq fakültəsinin bir qrup professor-müəllim heyəti Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) “Payızlıq əkinlərə qulluq və yazlıq bitkilərinin səpinini optimal müddətdə başa çatdırmaq məqsədi ilə təlim keçiblər.
Təlimdə rayonun müxtəlif kəndlərində əkinçiliklə məşğul olan 20-dən artıq təsərrüfat sahibi iştirak edib. Təlim iştirakçılarına onun məqsədi barədə məlumat verilib. Bildirilib ki, Universitet əməkdaşları mütəmadi olaraq rayonlarda fermerlərlə görüşərək təsərrüfat sahiblərinin əkinçiliklə bağlı problemləri ilə maraqlanır, onların bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirici söhbətlər aparırlar.
Təlimdə fermerlərə torpağın gübrələnməsinin əhəmiyyətindən, bol məhsul əldə etmək üçün mineral gübrələrdən istifadənin zəruruliyindən bəhs edilib. O cümlədən, payızlıq əkinlərə qulluq, torpağın becərilməsi, səpin müddəti və səpin dərinliyi haqda məlumat verilib.
Həmçinin səpinə göstərilən aqrotexniki tələblər, toxumun səpin üçün hazırlanmasından, dənli taxıl bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı aparılan inteqrir mübarizə üsullarından danışılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024