Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Təlim və informasiya-məsləhət xidmətlərinin təşkili üzrə Fəaliyyət Planı”nın icrasına əsasən Nazirliyin Təhsil və təlim şöbəsi tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarının bilik və bacarıqlarını artıran, fermerləri elmin son nailiyyətləri ilə tanış edən və müvafiq tövsiyələr hazırlaya bilən, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərən tabeli qurumlardan seçilmiş potensial təlimçilərin bazası formalaşdırılıb.
Nazirliyin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə bu gün Azərbaycan Dövlət Aqrar Univeristetində (ADAU) müəyyən edilmiş qruplar üzrə təlimçilər üçün təlimlərə (ToT) başlanılıb. Birinci təlim Salyan, Tərtər, Şəki, Lənkəran, Beyləqan, Abşeron rayonlarının Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları üçün olub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təlimlərin əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərin tədris və elmi-tədqiqatların istehsalatla inteqrasiyasının güclənməsində rolundan, təhsil müəssisəsinə dövlət dəstəyindən danışıb.
Bu ilin 27 fevral-1 mart tarixləri aralığında keçirilən təlimlərə 80-ə yaxın iştirakçı qatılmaqla, burada ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili metodları, qiymətləndirmə üsulları və digər aktual mövzular tədris olunacaq.
Təlim müddətində iştirakçılar universitetin maddi-texniki bazası, heyvandarlıq kompleksi, quşçuluq tədris mərkəzi, süni mayalanma tədris mərkəzi, John Deere təlim mərkəzi, New Holland tədris mərkəzi, innovasiya mərkəzi, baytarlıq klinikası, maşın-traktor parkı, istixanaları, laboratoriyaları, auditoriyaları, bütövlükdə tədris və elmi-tədqiqat prosesləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcəkdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024