Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Washington və Valensiya Politexnik Universitetlərinin sertifikatlarını əldə edib.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Masaçusets Texnoloji Universiteti ilə Harvard Universitetinin birgə təsis etdikləri edX platformasına (www.edx.org) qoşularaq əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən ADAU tələbələri edX platformasında bir sıra ixtisaslar üzrə onlayn kurslarda təhsil almaq imkanı əldə edəcəklər. Təhsil almaqla yanaşı, kursları müvəffəqiyyətlə bitirən və imtahanları uğurla verən tələbələr ödənişsiz olaraq sertifikat da əldə edəcəklər. Qarşılıqlı əməkdaşlıq nəticəsində yaranan bu imkandan bütövlükdə 5000 nəfər tələbə yararlanacaq.
Qeyd edək ki, dünyanın 160-dan çox nüfuzlu universitetini əhatə edən edX platformasında 3000-dən artıq onlayn təhsil kursu təqdim edilir. Hər bir kurs üzrə sertifikatın qiyməti 100-300 ABŞ dolları arasında dəyişir.
Məlumat üçün bildirək ki, edX platforması ilə əməkdaşlığın başlamasından qısa müddət keçməsinə baxmayaraq ADAU-nun Aqronomluq ixtisası üzrə 2-ci kurs tələbəsi Eşqin Dünyamalı oğlu Əliyev iştirak etdiyi proqramları müvəffəqiyyətlə tamamlayaraq Washington Universiteti və Valensiya Politexnik Universitetinin sertifikatlarını əldə edib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024