Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov Polşanın Təbiət Elmləri Universitetinə işgüzar səfər edib. Məqsəd Polşa Təbiət Elmləri Universiteti ilə yaxından tanış olmaq və hər iki universitet arasında əməkdaşlıq əlaqələrini genişləndirməkdir
Səfər çərçivəsində mövcud olan əlaqələrin daha da genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub və bununla bağlı ilkin razılıq əldə edilib
İbrahim Cəfərov universitetin maddi-texniki bazası, tədris və elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış olub
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Polşanın Varşava Təbiət Elmləri Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində hər iki ali təhsil müəssisəsi arasında müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024