Respublikamızda aqrar sahədə fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan «Agro Dairy» MMC-nin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) növbəti dəfə işgüzar səfər edib. Səfərin məqsədi müəssisə ilə universitet arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək olub. Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov son illərdə universitetdə görülən işlər, yaradılan auditoriyalar, laboratoriyalar, aparıcı şirkətlərlə əlaqələr barədə qonaqlara məlumat verib.
Şirkətin Baş Direktoru Kamran Aqasi universitetlə əlaqələrin mövcud vəziyyəti və onun inkişaf etdirilməsinin prioritet istiqamətləri barədə danışıb.
Görüşdə aqronomluq və digər kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrinin və praktik dərslərinin müəssisədə təşkili, mütəxəssislərin mübadiləsi, eksperimental tələbə qruplarının formalaşdırılması və onlara intensiv dərslərin keçirilməsi, sahəvi dərslərin təşkili, universitetin maddi-texniki bazasından, o cümlədən torpaqşünaslıq və aqrokimya laboratoriyasının, bitki klinikasının xidmətlərindən istifadə məsələləri müzakirə olunub.
Görüşdən sonra qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024