Ağstafa və Qazaxda taxılçılıqla məşğul olan fermerlərə “Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilib.
Təlimdə Ağstafa rayonundan əkinçiliklə məşğul olan 16, Qazax rayonundan isə 12 fermer iştirak edib.
Təlimi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Ağstafa Yardımçı Təcrübə Təsərrüfatının şöbə müdiri Nazilə Əhmədova keçib. Fermerlərə yem bazasının möhkəmləndirilməsində, yüksək qidalılığa malik yem istehsalının artırılmasında əkmə yem bitkilərinin (birillik və çoxillik yem bitkiləri, kökümeyvəli, bostan, silosluq bitkilər) xüsusi əhəmmiyyətə malik olmasından bəhs olunub. Bildirilib ki, keyfiyyətli yem bazasının yaradılmasında əkmə yem bitkiləri, xüsusilə çoxillik paxlalı yem bitkisi olan yonca (Medicago) əvəzedilməz rol oynatyır.
Təlimdə yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki qaydalara əməl edilməsinin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri, üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə təmin olunmasından asılı olaraq veriləcək gübrə normalarının müəyyənləşdirilməsi, onların verilmə qaydaları və s. barədə geniş məlumat verilib. Eyni zamanda, təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunub.
Təlim çərçivəsində fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024