Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti” layihəsi (AZAFF) çərçivəsində fermerlərin maliyyə savadlılığını artırmaq üçün Ağsu və İsmayıllı rayonlarında iki təlim-seminar keçirilib.
Tədbir Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə baş tutub.
Təlim-seminarlarda fermerlərə planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, kredit təşkilatlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması barədə ətraflı məlumat verilib.
Hər iki təlim fermerlər tərəfindən böyük maraqla qarşılanıb və ümumilikdə seminarlarda yerli və ətraf rayonlardan 40-dan çox fermer iştirak edib.
Ağsuda keçirilən təlim-seminarı giriş sözü ilə açan layihənin aparıcı eksperti İlqar Tağıyev, AZAFF layihəsi və komanda üzvləri haqqında fermerlərə qısa məlumat verib. Qeyd edilib ki, bu təlim-seminarlar fermerlərin maliyyə savadlılığının artırılması, ailə büdcəsinin tərtibi və banklarla münasibətlərinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Tədbirdə fermerlərə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti təqdim olunub.
İsmayıllıda keçirilən təlimdə büdcənin tərtibi və maliyyə məsələləri ilə bağlı düzgün qərarların qəbul edilməsinin əhəmiyyəti fermerlərin diqqətinə çatdırılıb. Tədbirdə fermerlərin sualları ətraflı cavablandırılıb, mövzu ətrafında ətraflı müzakirələr aparılıb.
Təlim-seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. AZAFF layihəsi çərçivəsində maliyyə savadlılığının artırılmasına dair təlimlərin qarşıdakı aylar ərzində həyata keçirilməsi nəzərdə tutulur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024