Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Quba rayonundan yerləşən alma bağları üçün Fransadan gətirilmiş tinglər özünü doğruldub. Bu sortlar məhsuldarlığı ilə seçilir. Quba rayonunun Dəlləkli kəndində yerləşən “D-Fruits” MMC-nin nümayəndəsi Şahin Məmmədov deyir ki, bu sortun ən fərqləndirici xüsusiyyəti tez bar verməsidir: ““D-Fruits” MMC-də 10 ilə yaxındır ki, çalışıram. Təsərrüfatımızda alma bağları üçün tinglər Fransadan gətirilib. Çox məhsuldar sortlardır, artıq ikinci ildən bar verir. Bizim təsərrüfatımızda bağlar avtomatik suvarma sistemi ilə təchiz edilib, suvarmada damcı sistemindən istifadə edirik”.
Şahin Məmmədov bağlardan məhsul yığımına müasir texnologiyaların tətbiq olunduğunu deyir: “Meyvə yığımı ən müasir texnologiya - kombayn vasitəsi ilə həyata keçirilir. Kombayn ilə yığıma bir qrup işçi cəlb olunur və ən müasir texnika vasitəsilə meyvələr tez, itkisiz və heç bir fiziki zədə almadan çeşidlənərək səbətlərə yığılır. Yığım tezyetişən sortlardan avqust ayının 15-dən başlayaraq noyabrın 20-dək davam edir. Şirkətimizdə 1 hektar alma bağına 2.500-2.700 alma tingi əkilir, ancaq yerli sortlar əkildiyi təqdirdə 500 tingdən istifadə olunur. Xarici sortlardan bir ağacdan 20-30 kiloqram, bir hektar sahədən isə 60-70 ton meyvə yığılır”.
Şahin Məmmədov fermerlərə bağlarda aqrotexniki qulluq qaydalarına dəqiqliklə riayət etməyi məsləhət görür: “Fermerlərə məsləhət görərdim ki, alma bağlarında ən əsas budaqların bağlanmasına, budanmasına, bundan əlavə suvarma və gübrənin verilməsinə daha çox diqqət yetirsinlər. Bu aqrotexniki şərtləri yerinə yetirməklə fermerlərimiz yüksək məhsul əldə edə bilərlər. Alma çox faydalı meyvədir, bizim Quba rayonunda almaya “cənnət” meyvəsi deyərlər”.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024