Azərbaycanda səfərdə olan Estoniya Kənd Təsərrüfatının Qeydiyyatı və İnformasiya Agentliyinin direktor müavini Ahti Bleyve Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin mütəxəssisləri üçün Estoniyada kənd təsərrüfatı sahəsində aparılan qeydiyyat və informasiya təminatı məsələlərinə dair təqdimat keçirib. O, kənd təsərrüfatının bütün sahələrində qeydiyyatın aparılması və fermerlərin informasiya təminatının vacibliyini vurğulayıb.
A.Bleyve Azərbaycanda tərəvəz və bağçılıq üçün çox əlverişli iqlim şəraitinin olduğunu vurğulayıb, ölkəmizdə fermerlərin əsasən heyvandarlıqla məşğul olduğunu nəzərə alaraq heyvanların bölgələr üzrə arealını və hər bölgə üzrə sayının qeydiyyata alınmasının vacibliyini söyləyib.
Onun sözlərinə görə fermer dövlət tərəfindən verilən subsidiyaları öz təyinatı üzrə yönəltməli, informasiya texnologiyalarından istifadə etməyi bacarmalı və bunları öyrədən mütəxəssislərlə daim təmasda olmalıdır. Öz təsərrüfatının informasiya blokunu yaratmalı və ekologiyanı qorumalıdır. Əkin aparılmamışdan əvvəl dövlət tərəfindən üstünlük verilən prioritet sahəni müəyyənləşdirməlidir. Texnikanı öz təsərrüfatının sahəsinə uyğun almalıdır.
“İxrac və idxal proseslərində dövlət fermerlərə daim yardımçı olmalıdır”,-deyə A.Bleyve əlavə edib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024