Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunda “Meyvə və üzüm bağlarında innovativ aqrotexniki tədbirlərin zərərli orqanizmlərə təsiri” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə institutun alimləri, Göygöl, Samux rayonlarında üzümçülük və meyvəçiliklə məşğul olan mütəxəssislər, fermerlər iştirak ediblər.
Mövzu ətrafında müxtəlif fikirlər səsləndirilib, fermerlər quraqlıq nəticəsində bir sıra problemlərlə üzləşdiklərini və çıxış yolu kimi süni göllərin və sututarların yaradılmasını təklif ediblər. Samux rayonunda fəaliyyət göstərən fermer Raiz Mehdiyev öz təsərrüfatında ötən il rastlaşdığı alma ağacının meyvələrinin metamorfoza uğradığını, formasını dəyişərək üzüm salxımı görkəmini aldığını bildirib. Mütəxəssislər bunun ontogenezin müəyyən kritik mərhələsində hər hansı bir faktorun təsiri ilə baş verdiyini bildiriblər. Fitopatalogiya şöbəsinin elmi işçisi Gülcamal Ələsgərova zərərli orqanizmlərin populyasiya sıxlığını nəzarətdə saxlamaq üçün aqrotexniki qaydalara vaxtında və düzgün əməl etməklə ekoloji təmiz məhsul yetişdirilməsini tövsiyə edib.
Sonda bu mövzu ilə bağlı dəyirmi masanın birbaşa meyvə və üzüm bağlarında təşkil olunması qərara alınıb.
Dəvət olunmuş iştirakçılara “Meyvə bağlarında zərərli orqanizmlər və onlara qarşı mübarizə tədbirləri” adlı buklet paylanıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024