“Aqromexanika” Elmi Tədqiqat İnstitutunun alimləri xüsusi karantin rejiminə əməl etməklə öz fəaliyyətlərini fasiləsiz olaraq davam etdirirlər.
Bu günlərdə alimlər tərəfindən layihələndirilərək ixtira səviyyəsində hazırlanmış “Troslu çevik mala”-nın Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində sınağı aparılaraq fermerlərə nümayiş edilib. Sınaq zamanı mala nəzərdə tutulan texniki tapşırıqlara tam cavab verib. Malanın əsas üstün cəhətləri onun manevretmə qabiliyyətinin daha yüksək, konstruksiyasının yığcam, sadə və möhkəm olması, həmçinin texnoloji əməliyyatın yüksək keyfiyyətlə yerinə yetirilməsindən ibarətdir. Belə ki, sahə daha keyfiyyətli hamarlanmaqla kəltənlərin xırdalanma və alaq otlarının məhv olma faizi aqrotexniki tələbatda nəzərdə tutulan hüdud daxilində alınır. Bundan əlavə, tədqiq olunan malada işçi orqan (çevik, barabantipli dişlər) fırlanma hərəkəti etdiyindən ona alaq otları sarınmır və iş zamanı əlavə boş dayanmağa yol verməyib, dişlərin təmizlənməsinə ehtiyyac qalmır.
Nümayiş olunan mala ilə sahə səpin üçün hazırlandıqdan sonra həmin sahədə birbaşa pambıq çiyidi səpini aparılıb. Mala asma tipli olub, “МТЗ-892” markalı traktorla aqreqatlaşmış, saatlıq məhsuldarlığı hərəkət surətindən asılı olarq 3-4 hektar təşkil edib.
İxtira səviyyəsindən hazırlanmış malaya Rusiya Federasiyasının patenti alınmışdır.
“Troslu çevik mala”-nın texniki, iqtisadi və istismar göstəriciləri yüksək olduğundan onun gələcəkdə kütləvi şəkildə istehsal olunub, fermerlərimizin istifadəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024