AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) barədə daha ətraflı məlumat vermək məqsədi ilə 19 dekabr 2018-ci il tarixdə saat 11:00-da İsmayillı rayonunun Mədəniyyət Evində İsmayillı, Oğuz və Qəbələ rayonlarında yaşayan gənclərlə görüş keçiriləcək.
Dekabrın 20-də isə Şamaxı rayon İncəsənət Mərkəzində “Aqrar Məşğulluğun Artırılması Layihəsi” çərçivəsində Şamaxı, Ağsu, Qobustan rayonlarının gəncləri ilə görüş keçiriləcək.
Saat 11.00-da başlayacaq görüşün məqsədi layihənin mahiyyəti, iştirak qaydaları, biznes planların hazırlanması barədə gəncləri məlumatlandırmaqdır. Görüşlərə rayon və kəndlərdə yaşayan bütün gənclər, o cümlədən kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımlar və məcburi köçkün ailələrindən olan gənclər dəvət olunur.
Tədbirlə bağlı ətraflı məlumat almaq və qeydiyyatdan keçmək istəyənlər office@amal.gov.az e-mail ünvanına müraciət edə bilərlər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024