Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) və Aqrar İnkişaf Könüllüləri Təşkilatı (AİKT) qələbə ilə başa çatan Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasını davam etdirir. Növbəti aksiya Saatlı rayonunda baş tutub. Aqrar İnkişaf Könüllüləri Saatlıdan olan 33 şəhidin hər birinin xatirəsinə şam ağacı əkiblər. Bundan əvvəl analoji aksiya Kürdəmir rayonunda keçirilib. Könüllülər Kürdəmirdən olan şəhidlərin xatirəsinə 35 ağac əkmişdilər.
Qeyd edək ki, KTN-nin BHİK və AİKT tərəfindən ilin sonuna kimi Vətən müharibəsində həlak olan 2783 şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkənin bütün rayon və şəhərlərində ağacəkmə aksiyası keçiriləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024