"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının "Aqrar İnnovatorlar" layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Sarvan Cəbrayılzadə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri müavini İlham Süleymanov, Bakı Gənclər Mərkəzinin direktoru Pərvin Qasımov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə gənclər sektorunda könüllülərin fəaliyyəti, onların cəmiyyətə verdiyi faydalardan bəhs edib. Bildirib ki, qısa zaman ərzində aqrar könüllülər bu istiqamətdə ciddi fəaliyyətə başlayıb. Qeyd edilib ki, “Aqrar İnnovatorlar” layihəsi son texnoloji trendlərin istifadəsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini İlham Süleymanov və Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov "Aqrar İnnovatorlar" layihəsini kənd təsərrüfatı sahəsində gənc mütəxəssislərin formalaşması, innovasiyanın aqrar sahədə tətbiqi, gənclərin startap və biznes layihələrinin düzgün formalaşmasında mühüm rol oynayan layihə kimi qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024