Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin prioritet istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Belə ki, kənd təsərrüfatı sahəsində layihələrin icrası və koordinasiyasından məsul qurum kimi Nazirlik yanında yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr həyata keçirilir.
AKİA tərəfindən həyata keçirilən layihələrdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankı, Avropa İttifaqı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya Əməkdaşlıq Təşkilatı (GIZ), Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Asiya İnkişaf Bankı (ADB) kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.
Bu gün AKİA-nın təşkilatçılığı ilə növbəti Donor Əlaqələndirmə görüşü keçirilib. Görüşdə beynəlxalq təşkilatların və nazirliyin struktur bölmələrinin nümayəndələri iştirak edib. Tədbirdə icra olunan beynəlxalq layihələr çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə edilən nailiyyətlər və kənd təsərrüfatı istiqamətində prioritet istiqamətlərə uyğun gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Hazırda kənd təsərrüfatının bitkiçilik, bitki sağlamlığı, toxumçuluq, heyvandarlıq, baytarlıq xidmətlərinin inkişaf etdirilməsi, süni mayalandırma, məsləhət xidmətləri, investisiyaların təşviqi və s. istiqamətlərində 18 layihə icra olunur və 10 layihənin icrası nəzərdə tutulur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024