Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinin açılış mərasimi keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin açılış mərasimində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Aqrar İnkişaf Könüllülərinin rəhbəri Sarvan Cəbrayılzadə, Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi Nigar Xıdırova çıxış edərək iştirakçılara layihənin mahiyyəti, görüləcək işlər barədə məlumat veriblər.
Qeyd edək ki, layihə çərçivəsində namizədlər arasından seçilmiş gənclər 10 gün ərzində Kənd Təsərrüfatı Nazirliyinin Bakı, Gəncə, Samux və Şəmkirdə yerləşən ixtisaslaşmış müəssisələrində olacaq, nazirliyin mütəxəssislərinin rəhbərliyi ilə praktiki araşdırma və təlimlərdə iştirak edəcəklər.
Layihənin həyata keçirilməsində məqsəd gənclərin rəqəmsal mediaya marağının artırılması, aqrar sahədə olan ehtiyacların müəyyən edilməsi, gələcəyin media nümayəndələri arasında aqrar sahə üzrə ixtisaslaşmaya dəstək olmaqdır. Layihəyə Aqrar İnkişaf Könüllüləri Hərəkatında təmsil olunan gənclər, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələr və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri cəlb olunublar.
Təlimlərdə aqrar siyasət, torpaqdan səmərəli istifadə, aqrar məşğulluq və kənd təsərrüfatı layihələrinin kreditləşdirilməsi, kənd təsərrüfatına dövlət dəstəyi, heyvandarlıq və bitkiçilikdə intensiv metodların tətbiqi mövzuları üzrə mühazirələr oxunacaq.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024