Aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili ilə əlaqədar Aqrar Elm və İnnovasiya Mərkəzində (AEİM) yaradılmış işçi qrupu tərəfindən monitorinqlərə başlanıb. AEİM-in direktor müavini, işçi qrupun rəhbəri Fərman Kərimov bildirib ki, davamlı aparılacaq monitorinq zamanı elmi-tədqiqat mövzularının mərhələlərinin analizi, onların metodikaya uyğun aparılması, keyfiyyətinin qiymətləndirilməsi, elmi nəticələrin tətbiqi və səmərəliliyinə dair materialların araşdırılması təmin ediləcək.
İşçi Qrupu bu günə qədər Üzümçülük və Şərabçılıq, Tərəvəzçilik, Əkinçilik, Baytarlıq Elmi-Tədqiqat İnstitutularında olaraq kollektivlə ümumi müzakirələr aparıb, monitorinqin mərhələləri haqqında onlara ətraflı məlumat verib, eyni zamanda əvvəldən müəyyən edilmiş qrafikə uyğun olaraq şöbə və laboratoriyalarda ilkin baxışların keçirilməsinə başlayıb.
Monitorinqlər elmi-tədqiqat institutlarında həyata keçirilən mövzuların istiqaməti, icraçıları, icra müddətlərini, tarla-müşahidə jurnallarının yoxlanması, təcrübə zamanı aparılmış analizlərin təhlili, son vəziyyətinin qiymətləndirilməsi, yerinə yetirilmiş tədqiqat mövzularını dair çap olunmuş məqalələrin analizini əhatə edəcək.
“Aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili Qaydaları”na uyğun olaraq bundan sonra başa çatmış və ya davam edən tədqiqat işlərinin nəticələrinin tətbiqinə, səmərəliliyə dair materiallar ildə iki dəfə keçiriləcək monitorinqlər əsasında qiymətləndiriləcək.
Növbəti mərhələdə elmi-tədqiqat institutlarının təcrübə stansiyalarında da monitorinqlər aparılaraq həyata keçirilən elmi işlər qiymətləndiriləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024