Kənd Təsərrüfatı Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə ECOserve proqramı (Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii ehtiyyatların idarə olunması və ekosistem xidmətlərinin qorunması proqramı) çərçivəsində keçirilən “Greenovation” müsabiqəsi yekunlaşıb.
Müsabiqə Cənubi Qafqazda biomüxtəlifliyin qorunması, ekoloji kənd təsərrüfatının inkişafı və ətraf mühitin qorunması məsələlərinə dair mütərəqqi həll yollarının axtarışını özündə ehtiva edir. Azərbaycanda təşkil olunan ideya yarışmasının məqsədi kənd təsərrüfatı sektorunda və təbii resursların idarə olunması zamanı yaranan çətinlikləri müəyyənləşdirmək, təbiətə dost innovativ həllərin yollarını tapmaqdan ibarətdir.
Müsabiqənin final mərəhələsində Nazirliyin nümayəndə heyətinin də daxil olduğu münsiflər heyəti tərəfindən 6 fərqli ideya seçilib və 3 ideya qalib elan olub. Nürəddin Sədilinin təqdim etdiyi “İqlimdən asılı olmayan ağıllı əkinçilik (CISA): balıqçılıqdan davamlı əkinçiliyə”, Laçın Novruzovun “Fermerlərin peşəkar məsləhət mərkəzlərinə rəqəmsal girişinin təşkili” və Elnur Pənahovun “Ağıllı suvarma sistemləri” ilə bağlı layihələri müsabiqədə qalib olub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024